Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı.
Uzun illər ərzində Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün danışıqlar aparılıb. BMT Təhlükəsizlik Şürası və Baş Assambleyası, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən bir sıra hüquqi sənədlərin qəbul edilməsinə baxmayaraq bu danışıqlar heç bir nəticə verməyib. 30 ilə yaxındır ki, beynəlxalq hüquq baxımından Azərbaycanın haqlı olduğunu hər dəfə etiraf edən dünya birliyi münaqişənin həlli üçün konkret addımlar atmayıb. Və bütün bunlar erməni tərəfin Azərbaycanın yalnız hərbi mövqelərini deyil, həmçinin mülki əhalisini və obyektlərini hədəfə alan müntəzəm təxribatları fonunda baş verib.
Öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə apardığı dövrdə də mövqeyinə sadiq qalan Azərbaycan tərəfin çağırışı dəyişməyib. Ali Baş Komandan, Prezident İlham Əliyevin səsləndirdiyi mövqeyimiz bu olub: ölkəmiz hər zaman adekvat danışıqlara hazırdır, lakin xüsusilə də son iki ildə danışıqlar prosesinə böyük zərbə vuran erməni tərəfin təxribatları ilə üzləşən Azərbaycanın bir yolu var. Danışıqlar nəticəsiz qaldığı üçün işğal edilmiş torpaqları Milli Ordu azad etməyə başlayıb.
Təəssüflər olsun ki, düşmən yalnız bizim hərbi mövqelərimizi atəşə tutmayıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilən məlumata görə, sentyabrın 27-dən noyabrın 9-dək bu hücumlar nəticəsində 93 mülki şəxs həlak olub, 407 nəfər yaralanıb, 3326 şəxsi ev, 120 çoxmərtəbəli yaşayış binası və 504 mülki obyekt yararsız hala düşüb. Baş verən prosesləri müxtəlif ölkələrdən müşahidə edən müstəqil ekspertlər dinc əhalini hədəfə aldığını gizlətməyən düşmən tərəfin bu hərəkətlərini hərbi cinayət adlandırıb. Buna baxmayaraq dünya birliyi işğalçı dövlətə qarşı heç bir qəti addım atmıyıb.
Və nəhayət, noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını elan edən Bəyanat imzalanıb. Bu bəyanatın imzalanmasını mühüm tarixi hadisə və faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası adlandıran Ali Baş Komandan bildirib ki, bundan sonra proseslərin siyasi-diplomatik yolla nizamlanmasına start verilir.
Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ iləəlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinəmüvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetlidanışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür;
Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti ŞarlMişel, Ermənistan baş naziri NikolPaşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
Həsən Şirinov
YAP Goranboy rayon təşkilatının əməkdaşı.