20 Sentyabr 2024

Nikol Paşinyan Qarabağdakı itkilərindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Araqatsot vilayətinin Nor Yedesia kəndinin sakinləri ilə görüşdə müharibədəki itkilərdən bəhs edib.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, baş nazir Qarabağdakı son döyüşlərdə Ermənistanın 3250 nəfər itki verdiyini iddia edib. Paşinyan qeyd edib ki, bir sıra hallarda 4-5 minlik itkilərdən bəhs olunur, hətta kimlərsə 10 min rəqəmini tirajlayır. Ancaq onun iddiasına görə, itkilərin sayı 4 mini keçmir. Bununla belə, N.Paşinyan hələ 189 ailənin DNK analizinin cavabını gözlədiyini qeyd edib, həmçinin utkin düşənlərin siyahısının olduğunu deyib. Ölkəsinin onsuz da ağır itkilər verdiyini etiraf edən N.Paşinyan siyasi spekulyasiyalar üçün itkiləri ikiqat, ya üçqat artırmağa ehtiyac olmadığını tövsiyə edib.

Erməni mediası xatırladıb ki, Qarabağdakı axtarışlar zamanı 1503 nəfərin meyitlərinin qalıqları aşkarlanıb ki, onların şəxsiyyətinin dəqiqləşdirilməsi işləri davam etdirilir. Bu rəqəmlər isə itkilərin sayının Paşinyan açıqlayandan daha çox olduğunu deməyə əsas yaradır.