23 Dekabr 2024

Muxtar Babayev vətəndaşları sudan səmərəli istifadə etməyə çağırıb

“Vətəndaşlar sudan səmərəli istifadə etməyə maraq göstərməlidirlər”.

“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “REAL TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan su ilə bağlı stress yaşayan ölkələrdəndir: “Təəəssüf ki, sudan istifadədə hələ də istədiyimiz nəticəyə nail ola bilməmişik. Bu gün ölkədə olan suyun həcminin 90 %-dən çox hissəsi regionlarda kənd təsərrüfatı üçün təmin edilir”.

Nazir bildirib ki, əsas hədəflər sırasında suyun uçotunun aparılması, düzgün bölüşdürülməsi, yerlərdə fermerlər tərəfindən səmərəli formada istifadəsidir: “Təəssüf ki, bu gün ölkədə hələ də köhnə qaydalarla sudan istifadə edilir. Lakin 3-4 il əvvəlki su həcmi və ehtiyatları ilə müqayisədə görülən tədbirlər müsbət nəticə verir. Bu il çaylarda sululuq da yaxşı olub. bu da su ehtiyatları baxımdan daha əlverişlidir. Suyun səmərəli istifadəsi bütün risklərdən və çağırışlardan bizi xilas edə bilər. Bütün koordinasiyalı işlər məhz bu hədəfə yönəlib. Bu gün bu sahəyə ciddi nəzarət olunur”.

Media1.az