08 Sentyabr 2024

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı paylaşım edib FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı “Twitter”də paylaşım edib.

Media1.az -ın xəbərinə görə, paylaşımda bildirilir:

“Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi-qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!”.