06 Fevral 2025

Laçın dəhlizi yaxın zamanda Azərbaycanın nəzarətinə keçə bilər – Yeni yolun inşası bu funksiyanı həyata keçirəcək

Mətbuatda yayılan məlumatlara görə, Azərbaycanın Laçın rayonunda Qarabağın dağlıq ərazilərini Ermənistanla birləşdirən yeni dəhlizin tikinti işləri yekunlaşmağa doğru gedir.  Hərbi ekspert Ramil Məmmədli Ednews –a açıqlamasında qeyd edib ki, Qarabağda Azərbaycan üçün əsas məsələlərdən biri Laçın şəhərinin nəzarətə götürülməsidir.  Onun sözlərinə görə, Azərbaycan ordusunın tezliklə Laçın şəhəri və şəhərin içərisindən keçən dəhliz istiqamətində yerləşən məntəqələr üzərində suverenliyini bərpa edəcəkdir.   “44 günlük Vətən müharibəsinin son günlərində aparılan danışıqlarında Laçın dəhlizi əsas müzakirə mövzularından biri idi. Azərbaycanın həmin yol üzərində öz nəzarət buraxılış məntəqələrinin qurulması planlaşdırılırdı. Lakin tərəflər, əsas da vasitəçi tərəf – Rusiyanın səyi ilə vəziyyətin gərginləşməməsi üçün bu prosesi növbəti mərhələlərə saxlamağa qərara gəldilər. Lakin bu məsələdə bir nüansa da diqqət etmək lazımdır. Yeni dəhlizin qurulması üzərində tikinti işləri davam edir və yaxın zamanda tamamlanması planlaşdırılır. Eni 5 km olan bu yeni yol üzərində Azərbaycanın nəzarət mexanizmlərinin hansı formada tətbiq edilməsi ilə bağlı müzakilərə aparalacaq. Biz buna gələcək proseslərdə şahid olacağımıza əminəm”.    Məsələnin siyasi bucağından baxan politoloq Asif Nərimanlı vurğulayıb ki, köhnə dəhliz istifadəsiz hala gəldikdən sonra Laçın şəhərində Azərbaycanın dövlət bayrağı dalğalanacaq və dövlət strukturları formalaşacaq.  “Prezident İlham Əliyev  dəfələrlə öz açıqlamalarında bildirib ki, Azərbaycan yeni dəhlizin iki il ərzində başa çatmasına çalışır. Bu ilin iyul ayında və ya ilin son günlərində dəhlizin tikintisi tamamlana bilər. Hazırda proses bu istiqamətdədir. Yeni marşrut açılandan sonra köhnə yol ləvğ olunur və şəhərin mərkəzi ordumuzun nəzarətinə keçir. Ondan sonra isə şəhərə məcburi köçkünlərin yerləşdirilməsi  həyata keçiriləcəkdir”.  Politoloq Laçın rayonunda qanunsuz məskunlaşan erməni sakinləri haqqında da fikir bildirib. ”Laçın şəhərində və dəhlizətrafı kəndlərdə ermənilər yaşamaqda davam edirlər. Amma köhnə dəhlizi nəzarətə aldıqdan sonra ermənilər həmin ərazilərdən çıxmağa məcbur olacaqlar. Onlar ərazilərimizdə həyatlarını sürdürmək üçün ölkəmizin vətəndaşlığını qəbul etməlidirlər. İstəmədikləri halda  çıxıb gedəcəklər”.