22 Noyabr 2024

İSAY İB plastik qablaşdırma ilə bağlı maarfiləndirici tədbir keçirib

Ötən gün – martın 10-da İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı layihənin Masallı rayonunda ilk maarifləndirici tədbirini keçirib.
Media1.az
 xəbər verir ki, tədbir çərçivəsində 30-a yaxın Masallı gənci ilə “Masallı Gənclər Evində” görüş keçirilib.
Tədbiri layihənin rəhbəri, İSAY İB-nin sədri Eyyub Kərimli açaraq iştirakçıları salamlayıb və layihə haqqında geniş məlumat təqdim edib.
Layihənin aktuallığı, məqsədləri və vəzifələri iştirakçıların diqqətinə çatdırılıb. Dövlətimizin bu məsələdə həyata keçirdiyi siyasət, insanların sağlamlığı və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər haqqında müfəssəl məlumatlar səsləndirilib.
Daha sonra layihə çərçivəsində hazırlanan “Plastik və polietilen qablaşdırmalara yox deyək” adlı sosial çarx nümayiş etdirilib. Bu çarx iştirakçıların çox böyük marağına səbəb olub.
Tədbirdə tanınmış ekoloq, ekspert Elçin Sultanov geniş şəkildə plastik və polietilen qabların ekoloji və sağlamlıq zərərləri, bu məhsulların istifadə qaydaları, xüsüsiyyətləri, keyfiyyətləri, həmin məhsulların utilizasiya və məhv edilməsi prosesləri haqqında geniş məlumat əks etdirən prezentasiya ilə çıxış edib.
Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Layihənin təsirlərini və əhatəliliyini təmin etmək üçün iştirakçılara maarifləndirici bukletlər, kağız çantalar, birdəfəlik kağız stəkanlar, bloknot və qələmlər paylanılııb.