İrəvanda itkin hərbçinin qohumu hökumət binasına hücum edib
“Satqın Nikol, uşaqları qaytar”, – deyə hərbçinin qohumu qışqırıb
Ermənistanın paytaxtı İrəvanda İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbi qulluqçunun qohumu Hökumət binasına hücum edib. Media1.az-ın AYNA-ya istinadən məlumatına görə, həmin şəxs binanın pəncərəsini sındırıb.
“Satqın Nikol, uşaqları qaytar”, – deyə hərbçinin qohumu qışqırıb.
Qeyd edilir ki, o, polis əməkdaşları tərəfindən saxlanılıb.