06 Fevral 2025

İlham Əliyevin siyasi və diplomatik bacarığı nəticəsində Azərbaycan cənubi Qafqazın lider ölkəsinə çevrildi.

Erməni barbarlığı!Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci #Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, #Kəlbəcərdə, #Laçında, #Zəngilanda#Şuşa da rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.

1988-ci ildə qondarma Dağlıq Qarabağ Muxtar Vilayətində erməni seperatçıları baş qaldırmış, Azərbaycana qarşı növbəti ərazi iddiası ilə çıxış etmiş və qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsi tələbini irəli sürmüşdür. Sovet İmperisyası dağıldıqnda sonra emrənilər xarici havadarlarının hesabına silahlanmış, Azərbaycanın şəhər və kəndlərinə basqın etmişdir.#Qaradağlı, #Ağdaban kəndlərində və #Xocalı şəhərində soyqırım törətmişlər.Həmin dövrdə Azərbaycanda hakimiyyətsizlik, xaos, anarxiya hökm sürürdü. Bunun nəticəsində Şuşa şəhəri və Laçın rayonu da işğal edildi.1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ordu quruculuğuna başlanıldı. Atəşkəs elan olundu. Əsrin neft kontraktı imzalandı. Azərbaycan Konstitutsiyası qəbul olundu. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmağa başladı.2003-cü ildə İlham Əliyev ölkə Prezidenti seçildi. İlham Əliyevin siyasi və diplomatik bacarığı nəticəsində #Azərbaycan cənubi Qafqazın lider ölkəsinə çevrildi. Ordumuz dünya orduları sırasında qabaqcıl yerlərdən birini tutdu. Ordu müasir silahlarla təchiz edildi. Şəxsi heyyətin mənəvi psixoloji durumu çox yüksək səviyyəyə çatdı.

Möhtərəm Cənab Prezidentin Qarabağla ermənilərlə apardığı danışıqları ermənilər həmişə pozmuş və ərazi iddialarından əl çəkməmişlər. Prezident dəfələrlə vurğulamışdır ki, ermənilər işğal etdikləri əraziləri qeyri-şərtsiz azad eləməsələr biz hərbi yolla torpaqlarımızı azad edəcəyik. Nəhayət, 27 sentyabr 2022-ci ildə Ali Baş Komandan döyüş əmri vermiş və 44 gün ərzində işğal altında olan 13210 km² ərazimizin 10000 km² -dən çoxu azad edilmişdir. Azərbaycanın qələbəsindən sonra ermənistan xalqı, rəhbərliyi və xarici havadarları baş düşdülər ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan Prezidenti dünya siyasi liderləri arasında böyük nüfuza malikdir. Azərbaycanın iqtisadi və hərbi gücü çox böyükdür.

Ermənistan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dəmir yumruğunun gücünü nəzərə alaraq sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edib.

Gəray Əsədov-II qrup Qarabağ əlili, müharibə veteranı,AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Bərdə Seysmik Stansiyasının müdiri