25 Dekabr 2024

İƏİT bu sahədə Azərbaycanı dəstəkləyir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Azərbaycan hökumətini kiçik və orta biznes sahəsinin rəqəmsal transformasiyasına köməyə yönəlmiş strategiyaların hazırlanması və reallaşdırılmasında dəstəkləyir.

Bu barədə Trend-ə İƏİT-dən bildiriblər.

Qeyd olunub ki, Azərbaycanla əməkdaşlığın nümunələrindən biri sahibkarlıq sferasında rəqəmsal transformasiya üzrə qarşılıqlı fəaliyyətdir.

“COVID-19 pandemiyası kiçik və orta biznesə ciddi təsir göstərdi, eləcə də böhranın öhdəsindən gəlmək və rəqabətqabiliyyətliliyi qorumaq üsulu kimi biznesin rəqəmsallaşdırılmasının vacibliyini nümayiş etdirdi. Rəqəmsal texnologiyaların tətbiqi prosesində kiçik və orta biznes yeni texnologiyaları tətbiq etməklə biznesin həyata keçirilməsi üsullarını dəyişmək imkanı təqdim edir. Amma kiçik və orta biznesdə maliyyə ehtiyatları və insan potensialının çatışmazlığı rəqəmsal transformasiyanın dəstəklənməsinə əngəl ola bilər. Bu kontekstdə İƏİT Azərbaycan hökumətini kiçik və orta biznes sahəsinin rəqəmsal transformasiyasına köməyə yönəlmiş strategiyaların hazırlanması və reallaşdırılmasında dəstəkləyir. Bu işin əsas məqsədi strategiyanı müəyyənləşdirən şəxslərə İƏİT ölkələrinin təcrübələrini təhlil etməklə, araşdırma vasitəsilə adaptiv tövsiyələr vermək və potensialın artırılması üzrə məqsədyönlü tədbirlər keçirməklə kiçik və orta biznesin rəqəmsallaşma prosesinə kömək göstərməkdir”, – təşkilatdan bildiriblər.