08 Sentyabr 2024

Ermənistanla sərhəddə son durum: “11-ci postu da qurdular”

Azərbaycan Ordusu Ermənistanla sərhəddə, Gorus istiqamətində yeni postlar qurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Sərhəd kəndi Aravusun keçmiş inzibati rəhbəri Arqam Ovsepyan qəzetə deyib:

“Azərbaycanlılar artıq 11-ci postu (Tex kəndi istiqamətində) qoyublar. Dünən öyrəndik ki, Tex kəndi istiqamətində bir neçə polis postu da quraşdırılıb”.