23 Dekabr 2024

Dünyada baş verən iqlim dəyşikliyi nəticəsində Azərbaycanda su qıtlığı yarana bilər !

Azərbaycan təbii resurslarla zəngindir, lakin su ehtiyatları sarıdan kasaddır. Milli Elimlər Akademiyasının araşdırmasına görə Azərbaycanın şirin su ehtiyyatları yeraltı sularla birlikdə təqribən 35.3 milyard kub metrdir. Narahat edən səbəblərdən biri də budur ki, bu su etiyyatının 72 % – i qonşu dövlətlərin ərazisində formalaşan tiranzit sulardır. Əsas qonşu dövlətlərin ərazisində formalaşan tiranzit çaylar Kür, Araz, Qanıx, Samur çaylarının su etiyyatlarıdır. Ölkəmizin ərazisində formalaşan suların miqdarı kənardan ölkəmizə axan sulardan 3 dəfə azdır. Quraqlıq ölkə saylan Azərbaycanda təbii buxarlanma yağmur – nəmişlikdən 2,7 dəfə çoxdur. İsti yay aylarında Azərbaycananın su ehtiyatı 23,23 milyard kub metrə dək azalır. Azərbaycan ərazisinin hər kv – km nə və əhalinin hər nəfərinə düşən su ehtiyatları göstərcisnə görə Azərbaycan cənbu Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatı bu ölkələr arasında % – lə böldükdə 62 % Gürcüstanın, 28 % Ermənistanın, yalnız 10 % Azərbaycanın payına düşür.

Azərbaycanın aran bölgələrində suvarılma aparılmadan kənd təsərrüfatı bitkilərni yetişdirmək qeyri mümkündür. Bu bölgələrdə su çatışmamazdığı indi də özünü biruzə verir. Bu hal xususi ilə yay aylarında daha çox müşahidə olnur çünki , isti havada suya təlabat 2 – 3 dəfə artır. Azərbaycanın kənd təsərrüfatı bitkilərinin 90 % – i suvarlan torpaqlarda yetişdrilir. Belə olan bir şəraitdə Azərbaycanın ərzaq təhlükəsizliyi su ehtiyatlarınan aslı vəziyyətə düşə bilər. Odur ki, su ehtiyatlarınan düzgün və səmərəli istifadə edilməsi dövlətimizin qarşısında duran ən mühim məsələlərdən biridir.

Aparılan təqiqatların təhlili göstərir ki, qlobal iqlim dəyişliklynin təsiri nəticəsində tempuratrun, buxarlanmanın və kənd təsərrüfatının intensif inkişaf etməsi nəticəsində suya təlabatın artması, ölkəmizin su ehtiyatının 20 – 25 faiz azalmasına səbəb olacaqdır .

Bu yuxarda qeyd olunanaları nəzərə alaraq Selləmə suvarma üsulundan imtina edərək, damcı suvarma üsuluna kecmək qacılmazdır. Damci ilə suvarma bir suvarma üsulu kimi ildən-ilə daha geniş tətbiq olunmağa başlamışdır. Belə ki, bu üsul dünyada yayılmış son texnologiya olub, özünü çoxdan doğrultmuşdur. Damcılama üsulu ilə daha az su ilə daha çox sahə suvarılır. Maili ərazilərdə eroziyaya səbəb olmadan suvarıla bilər, qrunt sularının səviyyəsi dəyişməz qalır, təkrar şorlaşmanın qarşısı alınır, suvarma suyu bitkilər arasında bərabər paylanır. Məhz bunun sayəsində torpağın şumlanan təbəqəsi kapilyar rütubət tutumluluğu səviyyəsində daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq otlarının azalmasına şərait yaradır. Suyun torpaq səthindən buxarlanma ilə itkiyə getməsi baş vermədiyinə görə torpaq qabığında çatların əmələ gəlmir və torpağın strukturu dağıntıya məruz qalmır.

Azərbaycanda son 25 ilin təcrübəsi göstərir ki, yeni innovasiyaların tətbiqini sahibkarların seçiminə buraxmaq olmaz. Vaxt gedir, ötən müddət daha böyük torpaq sahəsinin yararsız hala düşməsinə, əhalinin ərzaq təminatının çətinləşməsinə səbəb ola bilər. Buna görə də Eyni zamanda dövlət sahibkarlara verdiyi maliyyə dəstəyinin meyarlarında dəyişiklik etməlidir. İnnavativ texnologiyalardan istifadə edən fermerlərə xüsusi diqqət ayrılmalıdır. Məsələn, damçı və ya yağış yağdırma üsulu ilə suvarma aparan sahibkarlara subsidiyaları artırmaqla dəstək verilməlidir .

Xosrov Musayev

Aqrar elmlər üzrə fəlsəfə doktoru ,Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin Ekologiya müəllimi, “Ekoloji İnfomasiya” İB – inin idarə heyyəti sədrinin müavini.