25 Dekabr 2024

Daha bir rus general Ukrayna torpaqlarında öldürüldü

Məlumata görə, bu gün Artemovsk-Lısiçansk şosesi yaxınlığında gedən döyüşlər zamanı Rusiya ordusunun general-mayoru Roman Kutuzov öldürülüb.

***

Ukraynanın işğal olunmuş ərazilərində daha bir yüksək rütbəli rus hərbçisi öldürülüb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiya generalı Luqansk vilayətinin işğal olunmuş hissəsində qətl edilib.

Bunu Rusiyanın bölgədə qurduğu qondarma “respublika”dakı mənbələr də göstərib.

Bundan başqa, Rusiya Dövlət Dumasının deputatı Dmitri Sablin də özünün telegram-kanalında faktı təsdiqləyərək, ölən generalın yalnız adını (Roman) açıqlayıb.

“Dost itirmək çətindir. Düşündüyümüzü yerinə yetirmədik. Dostlardan sənə salam və yardımlarımızı çatdıra bilmədik. Roman, sən bizim yaddaşımızda əbədi qalacaqsan”,-deyə onun statusunda yazılıb.

Media1.az