Bərdə kollecində 15 aprel “Beynəlxalq Ekoloji Bilik günü” qeyd edilib
Aprelin 15-də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində Beynəlxalq ekoloji bilik günü ilə bağlı tədbir təşkil edilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Bərdə Dövlət və İdarəetmə Kollecinin direktoru Xosrov Musayev bildirib ki, hər il aprelin 15-i dünyada ekoloji bilik günü kimi qeyd olunur. Bu baxımdan da ekoloji məlumatlandırma baxımından belə əlamətdar günləri qeyd etməyə ehtiyyac var.
Ekoloq Xosrov Musayev ətraf mühitə dəyən ziyanı minimuma endirmək üçün yeni texnoloji tələblərin tətbiqini vacib sayıb. Alternativ enerşilərin, külək, günəş enerjilərindən istifadəni ekoloji cəhətdən üstünlüklərindən danışıb. Qeyd edib ki, hər bir insanın təmiz su və təmiz hava kimi zəruri təlabatlara ehtiyyacı var. İndiki dövrdə xəstəliklərin artmasında ətraf mühitin ekoloji cəhətdən çirkləndirilməsinin də payı az deyil.
Tanınmış alim Həsən Əliyev irsinin araşdırılması ilə məşğul olduğunu bildirən ekoloq alim Xosrov Musayev ətraf mühitlə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini daha məqsədə uyğun olduğunu vurğulayıb. Hesab edir ki, inzibati üsullarla, cərimələrin tətbiqi ilə ekoloji davranışları tənzimləmək mümkün deyil. Ətraf mühitə münasibətin dəyişməsi üçün əhalinin ekoloji mədəniyyətinin yüksəldiləməsi daha çox xeyir verə bilər.
Ekoloji İnformasiya İB-nin sədri Musa Muradlı çıxış edərək ekoloji bilik gününün tarixi haqqında danışıb. 1992-ci ildə BMT-nin ekologiya ilə bağlı Reo-Jeneyrada keçirilən konfransda qarşıya qoyulan məqsədlər haqqında məlumat verib. Hesab edib ki, ətraf mühitin qorunması peşəsindən asılı olmayaraq hər bir kəsin vəzifəsi olmalıdır.
9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Əbülfəz Köçəriyev ətraf mühitlə bağlı mükəmməl qanunların olduğunu bildirib. Bilik günü ilə bağlı keçirilən tədbiri yüksək qiymətləndirib.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci tələbələrinin hazırladığı ssenariləşdirilmiş məlumatlandırma maraqla qarşılanıb. Ətraf mühitə insanın məsuliyyətsiz münasibətini göstərən sosial çarx, səhnəciklər nümayiş etdirilib.
Onu da qeyd edək ki, tədbirdə Təhsil Nazirliyinin Bərdə şəhər 6 saylı məktəbində həyat keçirilən layihənin rəhbəri Fidan Vəliyevanın təqdim etdiyi tillantılardan istifadə olunmaqla yaradılan əl işlərindən ibarət sərgi maraqla qarşılanıb
Media1.az- Musa Muradlı