Bakıda ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlərinin görüşü keçirilib
![](https://media1.az/wp-content/uploads/2022/04/FotoJet-8-2.jpg)
Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi arasında görüş keçirilib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Diplomatlarla yanaşı, görüşdə USAID təşkilatının administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz danışıqlarına dair baş məsləhətçi Endryu Şofer də iştirak edib.