23 Dekabr 2024

Ağgöl Milli Parkında “açıq qapı günü keçirilib

İyunun 5- də ətraf mühitin mühafizəsi günü münasibətilə Ağgöl Milli Parkının qapıları ziyarətçilər üçün açılıb.

Media1.az verir ki, açıq qapı günü 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilati dəstəyi ilə baş tutub. Xeyli sayda bölgə sakini Milli Parkda olub. Göl sahilindən balıqları, göldə üzən quşları seyr ediblər.

Milli Parkın ərazisi ilə tanışlıq qonaqlarda, xüsusilə balacalarda xoş əhval ruhiyyə yaradıb.

Ağgöl Milli Parkının direktoru Xəzər Məmmədovun bildirdiyinə görə, turistlərin sayı ilbəil artır. Ötən il Ağgöl Milli Parkını ziyarət edənlərin sayı 6 min nəfər olub. Onların arasında xarici turistlərdə var. Almaniyadan gələn tiristlər xüsusilə Ağgöl Milli Parkına heyranlıqlarını nümayiş etdiriblər.

Ağgöl Milli Parkının rəhbərliyi turistlər üçün burada lazım olan şəraitin mövcudliğundan danışıblar. Turistləri bu gözəl məkana daim səfərlər etməyə çağırıblar.