Ağdamda əkin sahələrini təmizləmək məqsədilə yandırılmasının məqsəduyğun olmamasına dair tədbir keçirilib
![](https://media1.az/wp-content/uploads/2022/04/c632073a-7cce-4700-ad72-06577f17f795-1024x683.jpg)
Aprelin 19- da Ağdam Dövlət Sosial İqtisad Kollecində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsülə həyata keçirilən əkindən sonra sahələrin yandırılmasının mənfi fəsadlarına dair tədbir təşkil edilib.
Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin , Tərtər rayon DAİM-in, FHN -nin yerli bölməsinin, Meşə Bərpa Mərkəzinin , bələdiyyələrin nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.
Tədbirdə əkin sahələrinin küləş, otlardan təmizləmək məqsədilə yandırılmasının yolverilməz olduğu bildirilib. Torpağın münbit qatının məhv olması izah olunub.
![](https://media1.az/wp-content/uploads/2022/04/bandicam-2022-04-20-14-07-08-009.jpg)
![](https://media1.az/wp-content/uploads/2022/04/bandicam-2022-04-20-14-07-17-414.jpg)