Martın 20-dən 29-dək ictimai nəqliyyat işləməyəcək
Həftə sonları ictimai nəqliyyat qadağası isə iyunun 1-dək davam edəcək
Ölkə ərazisində 20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılacaq.
Media1.az-n xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.
Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:
– 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
– 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
– 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
– 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
– 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
– 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
– 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
– 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
– 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.