Nardaran hadisələrinə görə həbs edilən şəxslər əfv olundu
![](https://media1.az/wp-content/uploads/2021/03/4b30511e9ebb885d7c9a1ebc5d6806c1.jpg)
Nardaran hadisələrinə görə həbs edilən Elgün Axundov və Vüsal Alış əfv edilib.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında onların da adları var.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 28 dekabr tarixli hökmü ilə hər iki şəxs 12 il 6 ay və müddətinə azadlıqdan məhrum edilib.