06 Fevral 2025

Mina təmizləməli olan təşkilatdan qəribə bəyanat: “Biz türklərə heç bir xəritə verməmişik”

Böyük Britaniya mənşəli, yerüstü minaların və partlamayan sursatların təmizlənməsi ilə məşğul olan “HALO Trust” təşkilatı İkinci Qarabağ müharibəsinin gedişində Dağlıq Qarabağdakı mina xəritələrini Türkiyə silahlı qüvvələrinə təslim etməsi ilə bağlı şayiələri təkzib edib.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi bəyanatında bildirilir.

Bəyanatda deyilir:
“HALO Trust 2020-ci ildə baş verən Qarabağ müharibəsində guya Türkiyə qüvvələrinə mina sahələrinin yerlərini göstərməklə bağlı gedən söz-söhbətdən xəbərdardır. 20 ildən çoxdur ki, HALO Trust orada yaşayan əhalinin təhlükəsiz olması üçün çalışıb. “HALO Trust” bitərəf və qeyri-siyasi təşkilat olduğu üçün dünyanın hər yerində işləyə bilir. Ona görə də bütün bu deyilənlər qəti yalandır”.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda qondarma “DQR”-in “prezidenti”nin mühüm tapşırıqlar üzrə nümayəndəsi Boris Avaqyan “HALO Trust”ın Türkiyə xüsusi xidmət orqanlarına Qarabağın minalanmış sahələrinin xəritələrini verdiyini, bunun sayəsində Azərbaycan ordusnun müvəffəqiyyətlə irəliləyə bildiyini xəbər etmişdi.