Asif Əsgərli:“Azərbaycan dayanıqlı iqtisadi gücə malikdir”
“2023-cü ilə dövlətimiz əhalinin sosila rifahının yaxşılaşdırılması ilə start verdi. Belə ki, Azərbaycan Respublikasında əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə Prezidentin 05 yanvar sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği yanvarın 1-dən 345 manat müəyyən edildi. Əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı tapşırıqlar verildi”. Bu haqda YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza fikilərini bildirib.
Asif Əsgərli deyib ki, Azərbaycanda sosial təminata xüsusi diqqət var: “Minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min işçini əhatə edəcək. Minimum aylıq pensiya da 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək. Ümumilikdə son 5 ildə sosial sahədə ardıcıl xarakter alan inqilabi sosial islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Sənədin icrası ilə sosial ödəniş artımı, həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək. Prezident İlham Əliyevin yeni Sərəncamı son 5 ildə artıq 4-cü sosial islahat paketinin icrasına başlanmasını, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.
Bundan sonra dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Prezident Sərəncam verdi. Əlbəttə məqsəd dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaqdır”.
Asif Əsgərli bu vəsaitlərin növbəti illərdə daha da yüksək olacağına inandığını bildirib: “Bu gün Azərbaycan inkişaf edir. İldən-ilə dövlətimizin büdcə artır. Beynəlxaq maliyyə qurumları da bəyan edirlər ki, Azərbaycanın növbəti illərdə büdcə artımı daha çox olacaqdır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dayanıqlı iqtisadi gücə malikdir”.