Bərdə Mədəniyyət Mərkəzində “Qadın gülsə,cahan gülər” adlı tədbir təşkil edilib
Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi Qadın Zorakılığına qarşı Mübarizə günü münasibətilə “Qadın gülsə, cahan gülər adlı tədbir təşkil edib.
Media1.az-ın xəbərinə görə , tədbirdə əvvəlcə Bərdə Xalq Teatrının hazırladığı ” Cehiz ” tamaşası nümayiş olunub. Tamaşada ailə -məişət mövzusuna müraciət olunub. Ər arvadını boşamaq üçün VVAQ-a müraciət edib. Söhbət zamanı məlum olur ki, Gülağa arvadını boşamaq üçün “cehizin” azlığını bəhanə gətirir. Sonda VVAQ müdiri qanunun tələbini izah edərkən onların boşanacağı təqdirdə kişiyə mülkdən cüzi pay düşəcəyi məlum olur. Bundan sonra Gülağa arvadını boşamaqdan vaz keçir. Tamaşanın boşanmalara görə ibrətamiz hekayə olduğunu demək olar. Burada boşanmaların sosial mahiyyətinə işarə vurulur. Sonluq isə belədir ki, insanların maarifləndirilməsinə ehtiyyac var. Əgər onlar qanunun yaratdığı öhdəlikləri bilsələr bu kimi məsuliyyətsiz addımlardan çəkinərlər. Bərdə Xalq Teatrının oyunçuları Mehman Quliyev və Ruhanə Əliyeva tamaşaçılar tərəfindən alqışlanıblar.
25 noyabr Beynəlxalq Məişət zorakılığına həsr olunmuş tədbirdə bildirilmişdir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, hər il noyabr ayının 25-i bütün dünyada “Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” elan edilmişdir. 2000-ci il 31 oktyabr tarixdə isə təşkilatın Təhlükəsizlik Şurası qadın, sülh və təhlükəsizlik məsələləri ilə bağlı qətnamə qəbul etmiş, qadın zorakılığına qarşı beynəlxalq mübarizənin gücləndirilməsi, həmçinin Minilliyin Deklarasiyasında əksini tapmışdır. Qadın hüquqlarına daim yüksək hörmətin mövcud olduğu Azərbaycan Respublikası da bu kampaniyaya ilk qoşulan ölkələrdən olmuş, bununla bağlı Milli Məclis 2006-cı il dekabrın 21-də xüsusi bəyanatla çıxış etmişdir. “Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Qadın hüquqlarının qorunması hər bir cəmiyyətin inkişafı və sağlam gələcəyi baxımından mühüm məsələdir. Ona görə də qadınlara geniş hüquqların verilməsi, onların cəmiyyətdə layiqli yerinin təmin edilməsi, ilk növbədə, sağlam nəslin formalaşması, xalqın genetik saflığının qorunub saxlanması son dərəcə vacibdir. Qadınlara özünütəsdiq imkanı yaratmaq, onların qabiliyyət və bacarığından səmərəli şəkildə istifadə etmək sağlam gələcəyini düşünən hər bir dövlətin əsas vəzifəsidir.
Tədbirdə Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova, Uğur Gənclər Təşkilatının sədri Günel Əliyeva , Zümürxan kənd Mədəniyyət evinin metodisti Musa Muradlı çıxış etmişlər.
Musa Muradlı- Media1. az