145 saylı məktəbin istilik sistemi ilə bağlı AÇIQLAMA
“145 nömrəli tam orta məktəb ‘Azəristiliktəchizat” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur. Məktəbin bir tədris korpusunu istiliklə təmin edən yeraltı borularda yaranmış problemin aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə müraciət edilib”.
Bu barədə Musavat.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Qurumdan qeyd edilir ki, məsələnin qısa zamanda birgə səylərlə həlli istiqamətində zəruri tədbirlər görülməkdədir.
Qeyd edək ki, bu gün yalnız 145 saylı məktəbdə deyil, Buzovna və Mərdəkanda fəaliyyət göstərən məktəblərdə də istilik verilməyib.
Nəzərə çatdıraq ki, məsələ ilə bağlı “Azəristilik” ASC-yə ünvanladığımız sorğuya cavab hələ də verilməyib.
Afaq Mirayiq