Bərdə xəstəxanasında həkimlərə təlim keçirilib
Media1.az-ın xəbərinə görə, noyabrın 30-da Bərdə rayon Mərkəzi Xəstəxanasında qan və qan komponentlərinin köçürülmə qaydaları mövzusunda təlim keçirilib.
Təlimdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov və Doğum evinin əməkdaşları iştirak ediblər.
Təlimin keçirilməsində məqsəd tibb personalının praktiki və nəzəri biliklərinin artırılması olub.
Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.