COP29-la bağlı qərarlar və nəticələr dəyərləndirilir
“Heç kim Bakını əsas məqsədə çatmadan tərk etmək istəmir. Bütün dünyanın gözü bizdədir”.
Musavat.com-un məlumatına görə, bunu COP29-un Prezidenti Muxtar Babayev yekun plenar iclasında deyib.
M.Babayev tərəfləri fəal işləməyə çağırıb:
“Zaman əleyhimizə işləyir. Mövcud fikir ayrılıqları ilə bağlı bir-birinizlə fəal şəkildə işləməyi xahiş edirəm. Mən və komandam qarşıdakı saatlarda sizinlə birgə çalışacaq. İndi COP29 tərəfindən qəbul ediləcək qərarların və nəticələrin dəyərləndirilməsi aparılacaq”, – deyə M.Babayev deyib.
Nigar HƏSƏNLİ,