“Hər bir azərbaycanlı üçün şəhidlərimiz doğma və əzizdir”
YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli açıqlama verib
“2020-ci ilin sentyabrın 27-dən etibarən Ermənistanın cəbhə bölgəsində törətdikləri təxribatlar, mülki şəxslərin hədəfə alınması hər birimizdə, ümumiyyətlə dünya azərbaycanlılarında narahatçılıq yaratmışdı. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ermənistanın hücumularının qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alınaraq zəfər çalındı. 44 günlük Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının nümayiş etdirdiyi yüksək vətənpərvərlik hər birimizi hədsiz sevindirdi”. Bu haqda YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlama verib.