Ermənistan KTMT təlimlərində iştirakdan imtina etdi
Ermənistan bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı təlimlərində iştirak etməyəcək.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, qərar Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlıdır.
Bundan əvvəl Qazaxıstan Müdafiə Nazirliyi məlumat vermişdi ki, sentyabrın 26-dan oktyabrın 8-dək Jambil və Alma-Ata vilayətlərində “Qarşılıqlı fəaliyyət-2022”, “Poisk-2022” və “Eşelon-2022” təlimləri keçiriləcək.