21 Dekabr 2024

Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçilib

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası (MŞ) İdarə Heyətinin sədri seçilib.

Media1.az-ın xəbərinə görə, Şuranın VIII qurultayında onun namizədliyi irəli sürülüb.

Səsvermə nəticələrinə əsasən, R.Məcid MŞ sədri postunu tutacaq.

Yeni sədr çıxışında bildirib ki, hər birinizə təşəkkür edirik:

“Bundan sonra fəaliyyətimiz daha dinamik olacaq. Mümkün qədər ölkədə medianın saflaşdırılması yönündə əlimizdən gələni edəcəyik. Biz potensialımızdan artıq işlər görməyə çalışacağıq. Bizim bir-birimizə qarşı olan kin-küdurətimiz cəmiyyətdə bizə münasibəti də bəzən dəyişir. Daim bir olaq”.

Qeyd edək ki, indiyədək bu vəzifəni Əflatun Amaşov tuturdu. Ə.Amaşov 2003-cü ildən MŞ sədri idi.

Cavanşir Abbaslı