29 Mart 2024

Bərdədə İctimai Şuranın iclası keçirilib

Sentyabrın 24-də Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası olub.

İclasda şura sədri Rzaqulu Şərifov, sədr müavini Etibar xanım Hüseynova, şuranın katibi Aydın Zeynalov, şura üzvləri Musa Muradlı, Salman İsmayılov, Rafiq Hüseynov, İkram Ziyadov, Şamil Abdullayev iştirak ediblər.

Şura sədri Rzaqulu Şərifov öncə təşkilati məsələlərdən danışıb. İctimai Şuranın fəaliyyətinin təkmilləşdirilməsi , ictimai məsələlərin müzakirəsi üçün təcrübə, bilik və bacarıqların artırılmasını vurğulayıb.

Şura üzvü Salman İsmayılov ” İctimai iştirakçılq haqqında “qanunun maddələri haqqında məlumat verərək ictimai şuranın hüquq və vəzifələrindən danışıb.

Şura üzvü Rafiq Hüseynov şəkər xəstələrinin dərman təminatı zamanı müəyyən əngəllərlə qarşılaşdıqlarını bildirmiş , ictimai Şura sədrindən məsələ ilə bağlı Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə məsləhətləşmələrin aparılmasını təklif etmişdir.Şura üzvü Musa Muradlı Bərdə Telekomunikasiya İdarəsinə ünvanlanan məktublara cavab verilmədiyini bildirmiş, bununla da vətəndaşların müraciət etmək hüququnun pozulduğunu qeyd etmişdir. Vətəndaş müraciətlərinin cavablandırılmasına görə idarə rəisi ilə məsləhətləşmənin vacibliyini vurğulamışdır.

Sonda şura üzvləri 27 sentyabr anım günü ilə bağlı tədbir hazırlıqlarını müzakirə etmişdilər.

Media1.az