Prezident İlham Əliyevin 18 may tarixli bəyanatı Elmir Məmmədovun baxış bucağında
Ötən həftə Litva Respublikasının Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Prezidentlərin təkbətək və geniş heyətdə görüşləri, eyni zamanda biznes forumda söylədikləri fikirlər Litva ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür. Azərbaycan hər zaman əməkdaşlıq etdiyi ölkə üçün ən etibarlı tərəfdaş olmuşdur.
Bu səfər çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyev 18 may tarixli bəyanatında bir sıra mühum məsələlər toxundu. Bu bəyanatda bir daha 2020-ci il Vətən müharibəsinin bütövlükdə Cənubi Qafqazda yeni bir geo-siyasi reallıq yaratdığı bir daha vurğulandı. Bu müharibə həmdə Azərbaycanın BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlanması idi. Ölkəmiz bu münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün təxminən 30 il danışıqlara sadiq qaldı. Amma bütün bu hadislərin fonunda Ermənistan öz işğalçı niyyətindən əl çəkmədi.
Bütün bu illər ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi heç müharibə də olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Məsələn, bu kimi səbəblərdən Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etməklə həmdə BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini özü icra etdi. Bu müharibə bu regionda işğalçılığa, terrorizmə yer olmadığını və qarşılıqlı münasibətlər şəraitində əməkdaşlıq edərək inkişaf etməyin mümkünlüyünü göstərdi. Eyni zamanda bir daha Azərbaycanın Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyini ortaya qoydu. Bütün bu məlum məsələlərdən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan olmağına baxmayaraq təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir.
Artıq münaqişə həll olub və regionda sülhün bərpası çox vacib amildir. Reginonda olan ölkələrin inkişafı üçün ən başlıca məsələ sülh və əməkdaşlığın olmasıdır. Ermənistan bir mənalı olaraq anlamalıdır ki, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır.
Biz səbirsizliklə sərhədlərin delimitasiyası məsələsinin başlanmasını gözləyirik. Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Bu məsələdə Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyirik.
İndi Azərbaycan işğaldan azad etdiyi öz ərazilərini yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzədir. İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar.
Bu gün Azərbaycanın Avropa İttifaqı əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı Azərbaycanla enerji, nəqliyyat təhlükəsizliyi, ticarət sahələrindəki əməkdaşlığı uğurla inkişaf edir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.
Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin etməklə yanaşı, eyni zamanda Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir.
Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.
Azərbaycan donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir.
Elmir Məmmədov – YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi.