Azərbaycan bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strateji reallıq yaradıb.
“Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünya səviyyəli, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi,əsl lider olduğunu nümayiş etdirdi”.
Azərbaycanın müstəqil xarici siyasəti xalqın milli maraqlarına əsaslanır və maksimal nailiyyətlərin əldə olunmasına yönəlib: “Dövlət başçısı bu konfransda bir daha Azərbaycanın regionda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından yanaşdığını ortaya qoydu.Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ölkələr arasında əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycanın strateji maraqlarına əsaslanır.Azərbaycanın bütün qonşularla yaxşı münasibətləri var.Eyni zamanda Azərbaycan Qafqazda yeni eranı – sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir.Ermənistan da artıq Azərbaycanın təşəbbüslərini,o cümlədən ölkəmizin irəli sürdüyü 5 təməl prinsipi qəbul edib.Həmin prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək.Çünki Ermənistanın işğal və onun legitimləşdirilməsi üzərində qurulmuş ideoloji təməlləri sarsılıb və hazırkı dövrün reallıqlarını nəzərə alan yeni hədəf müəyyən etməsi zəruridir.Dövlət başçısının da qeyd etdiyi kimi,Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz,qonşularla münasibətləri normallaşdırmalı,Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalı,Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir.Regionun həyatına inteqrasiya etməsi üçün əməkdaşlığı,konstruktivliyi, yeni reallıqları nəzərə alan,revanşizmə yol verməyən siyasət yürüdülməsi Ermənistan üçün yeganə müsbət çıxış yoludur”.
Prezident İlham Əliyevin konfransda bir daha beynəlxalq təşkilatların,mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə laqeyd münasibətinə diqqət çəkdiyini söyləyib.Bu isə ədalətsizlik və ikili standartlardır: “Azərbaycan belə ikili standartlarla isə şər zaman üzləşib.Məlumdur ki, Ermənistanın 30 illik işğalçılıq dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irs dağıdılıb.Dünyada mədəni irsin qorunub saxlanmasını öz fəaliyyətinin prioriteti elan etmiş YUNESCO isə buna laqeyd münasibət bəsləmiş və “siyasi məsələlərlə məşğul olmamaq” adı altında həmin ərazilərə missiya göndərməkdən imtina etmişdi.Torpaqlar işğaldan azad edildikdən sonra bu təşkilatın fəallaşması və “erməni tarixi irsinin” müdafiəsinə qalxması isə ikili standartların bariz nümunəsidir”.
Əgər Ermənistan da sülh və rifah arzulayacaqsa,həmin vaxta kimi Ermənistanla olan anlaşılmazlıqlar və problemlər öz həllini tapacaq. Cənubi Qafqaz regionunda möhkəm inteqrasiya prosesi gedəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq olacaq. Azərbaycan regional layihələrin müəllifi olaraq Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rolunu oynayıb.Mühüm layihələrin müəllifi, güclü iqtisadi potensiala malik ölkə,sərvət və sabitlik yaradıcısı kimi Azərbaycan bu prosesdə liderliyi öz üzərinə götürəcək.Beləliklə,bir çox məsələ Ermənistandakı gündəmdən,orada nə baş verəcəyindən,Ermənistan hökumətinin sülh gündəliyi ilə bağlı planlarından asılı olacaq.
Cavid Mustafayev, YAP Goranboy rayon təşkilatının əməkdaşı.