06 Fevral 2025

DİM xarici dil üzrə qəbul imtahanında keçid balını ödəmiş iddiaçılara müraciət edib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilibş, 28 yanvar 2022-ci il tarixində isə əlavə və dəyişikliklər edilmiş qərarı 2021-ci il 14 fevral, 20 iyun, 19 dekabr tarixlərində DİM tərəfindən keçirilmiş xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında müəyyən edilən keçid balını (30 və ya daha yüksək, o cümlədən yazı bloku üzrə 2 və ya daha yüksək bal) toplamış iddiaçılara da şamil edilir.

Dövlət İmtahan Mərkəzindən “İki sahil”ə verilən xəbərə görə, xarici dil üzrə fəlsəfə doktoru imtahanlarının nəticələrini özündə əks etdirən və həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan, Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada DİM tərəfindən şəhadətnamələr hazırlanıb. İddiaçılar şəhadətnamələri götürmək üçün DİM-in Akademik Həsən Əliyev 299 ünvanında yerləşən inzibati binasına şəxsiyyəti təsdiq edən sənədlə birlikdə yaxınlaşa bilərlər.

Xarici dil üzrə qəbul imtahanında 30 və ya daha yüksək, o cümlədən yazı bloku üzrə 2 və ya daha yüksək bal toplamış iddiaçılar isə xarici dil üzrə qəbul imtahanının nəticələrinə dair “QR”kodlu elektron arayış əldə edə bilərlər. Arayışları DİM-in internet saytında aşağıdakı linkdən şəxsi kabinetin istifadəçi adı (FİN) və parolunu müvafiq sahələrə daxil etməklə əldə etmək mümkündür:

https://eservices.dim.gov.az/ERIZEDOK/ARAYIS/Account/Login?erizeid=ZiSo79IR1F4%3D