06 Fevral 2025

Eyyub Kərimli: “Azərbaycan koronavirusla mübarizədə nümunəvi addımlar atan ölkələrdən biridir.”

Bu gün Azərbaycan görünməz bir düşmənlə də mübarizə aparır – koronavirus.

Xatırladaq, iki il bundan öncə əksər ölkələr Azərbaycana nümunə göstərilirdisə, bu gün bu virusla mübarizədə Azərbaycan dünya ölkələrinə nümunədir.

   Ölkə Prezidenti cənab İlham Əliyevin  jurnalistlərə müsahibəsi bunu deməyə əsas verdi ki, dünyada gedən qlobal mürəkkəb dəyişiklər və proseslər,  əsasən də  COVİD-19 və digər yeni virusların yayılması ilə bağlı məsələlər də   ölkə başçısının daim diqqətindədir. Ölkə başçısının rəhbərliyi ilə bununla bağlı ölkəmizdə çox geniş tədbirlər həyata keçirilmiş, vətandaşlarımızı bu bəladan qorumaq üçün mühüm və təxirə salınmaz  işlər görülmüşdürBelə ki,

  Virusa yoluxanların sayında qeydə alınan yeni rekordlar dünyanın bir çox ölkələrində səhiyyə sisteminin yüklənməsinə gətirib çıxarır. Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət məqbul səviyyədədir. Ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur.  Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə hazırda 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur;

Ümumiyyətlə, pandemiyanın başlamasındn dərhal sonra Azərbaycanda görülən tədbirlər öz səmərəliliyini göstərir. Bu ondan irəli gəlir ki, Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Real vəziyyət göstərir ki, ölkəmizdə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub;

Aparılan hesablamalar göstərir ki, Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir və 8 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. Eyni zamanda, “buster” dozanı vurduranların sayı 1,7 milyonu keçir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxınlaşır. Yaranmış vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi pandemiya səbəbindən yenidən sərt qapanmalara ehtiyac görmür;

Peyvəndləmə prosesində fəal iştirak, gigiyenik və təhlükəsizlik qaydalarına riayət edilməsi cari il ərzində Azərbaycanda koronavirus pandemiyasının endemik xarakter almasına gətirib çıxara bilər. Azərbaycan əhalisində sözügedən infeksiyaya qarşı yüksək immunitet səviyyəsi müşahidə edilən ölkələr sırasında yer alır. Dünya miqyasında da qəbul edilir ki, Azərbaycan koronavirusla mübarizədə nümunəvi addımlar atan ölkələrdən biridir.

Kütləvi yoluxmalardan qorunmaq, vəziyyəti stabil saxlamaq üçün insanlar vaksinasiya prosesində fəal iştirakla yanaşı, gigiyenik qaydalara, sosial məsafənin qorunmasına daim riayət etməlidirlər. Çünki vaksinasiya yoluxmanın qarşısını almır. Peyvəndləmə sadəcə, infeksiyaya yoluxan zaman xəstəliyin ağırlaşmasının qarşısını alır, onun həyat üçün təhlükəsini aradan qaldırır;

Bununla belə ölkəmizdə peyvəndləmə prosesi yenə yüksək fəallıqla davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, yoluxuculuq qabiliyyəti yüksək olan “Omicron” ştamı artıq Azərbaycanda da qeydə alınıb. Belə olan halda, vətəndaşların daha məsuliyyətli davranması zəruri şərt kimi çıxış edir;

Hökümət vətandaşlarımızı qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. İndi vətandaşlarıımız vətandaş mövqeyi nümayiş etdirərək özlərini və yaqxınlarını qorumaq üçün dövlətin siyasətinə dəstək verməlidirlər. Düşünürəm bu işdə QHT–lərə də düşən vəzifə insanları daha şox maarifləndirmə və ictimai nəzarəti həyata keçirilməsi çox mühüm və vacibdir.

İqtisadi və Sosial Araşdırmlara Yardım İB sədri 

Eyyub Kərimli