19 Aprel 2024

Türkiyə müxalifəti seçkilərin ertələnməsinə qarşı – Opponentlərin arxayınlığının səbəbi

Qardaş məmləkətdə əsrin ən dağıdıcı zəlzələsi ölkənin siyasi həyatına da öz təsirlərini göstərməyə başlayıb. Söhbət ilk növbədə mayın 14-nə təyin edilən prezident və parlament seçkilərinin vaxtının dəyişdirilməsindən gedir. Bu məsələdə iqtidarla müxalifət, belə görünür, fərqli baxışlara sahibdir. 

Fevralın 17-də Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezident seçkisi ilə bağlı açıqlama verib. CHP lideri hökumətin seçkini ertələmək istədiyini deyib. “Seçkiləri təxirə salmağa çalışırlar. Açıq deyirəm, seçkilər vaxtında olacaq. Ali Seçki Komissiyası bu tələbi səsləndirsə, bu, demokratiyaya zərbə olar”, – Kılıçdaroğlu bildirib.

Qeyd edək ki, digər müxalifət liderləri də aşağı-yuxarı eyni mövqedədir. Onlar uzağı, seçkilərin 14 maydan əvvəlki tarixə – 18 iyuna keçirilməsini mümkün hesab edirlər.

Hakimiyyət düşərgəsindən isə seçkilərin başqa vaxta, ən azından payıza (noyabr) saxlanması ilə bağlı təkliflər səslənməkdədir. Bunu da belə əsaslandırırlar ki, ölkədə bəlli səbəbdən seçki ab-havası yoxdur. Analoji təkliflə bir neçə gün öncə parlamentin sabiq spikeri Bülənt Arınc çıxış eləmişdi.

“Habertürk” isə məlumat yayıb ki, Türkiyə Ali Seçki Komissiyası prezident və parlament seçkilərinin təxirə salınması təşəbbüsü ilə çıxış edə bilər. Qeyd olunub ki, seçkilərin 6 aydan bir ilə qədər müddətə təxirə salınması mümkün görünür. Bu həm də zəlzələ sonrasında seçkilərin təşkilinin qeyri-mümkünlüyü ilə izah edilir.

Bəs müxalifət nədən seçkilərin vaxtında keçirilməsində israrlıdır? Olmaya zəlzələnin onun şanslarını artırdığını, Ərdoğanın şansını isə azaltdığını düşünür? Müxalifət və iqtidar bu məsələdə ortaq mövqeyə gələ biləcəkmi?

Fuad Əliyev: Onlar xalqı, dövləti fikirləşmirlər, yalnız öz ciblərini  fikirləşirlər

Fuad Əliyev: “Altılı masa” tələsir” Əhəd Məmmədli: “Ərdoğan üstünlüyü yenə əlinə alıb işi bitirəcək”

ALDP rəhbəri Fuad Əliyev: “Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Bülent Arınç seçkilərin təxirə salınmasını təklif edib. O, seçki tarixi ilə bağlı üç təklif irəli sürüb. Və ən əsası təklif, o, seçkilərin bütün siyasi partiyaların razılaşdığı tarixdə keçirilməsini təklif edib. Hesab edirəm ki, indiki vəziyyətdə, bütün siyasi partiyaların razılaşdığı tarix müəyyən etmək çox çətin olacaq. Ərdoğan hakimiyyəti üçün indi ən vacib olan fəlakətin nəticələrini aradan qaldırmaqdır. Türkiyə müxalifətin zəlzələdən qabaq olan reytinqi Ərdoğanın reytinqindən çox aşağı idi. İndi müxalifət nümayəndələri belə hesab etdilər ki, zəlzələnin ağır nəticələri Ərdoğan hakimiyyətinin imicinə böyük zərbə vurub. Zəlzələnin baş verəndən 2-3 gün sonra, böyük miqyasda olan dağıntıları əsas götürərək, Türkiyə müxalifəti dərhal ittihamlara keçdilər. Nəzərə alsaq ki, son dövrdə ABŞ-Türkiyə münasibətləri çox gərgin idi, Türkiyə müxalifəti dolayısı ilə ABŞ-ın dəstəyini almağa da çalışır. Türkiyə müxalifət olaraq ”altılı masa” çox yaxşı bilir ki, Ərdoğan hakimiyyəti zəlzələ fəsadlarını aradan qaldıracaq və bununla da iqtidarın mövqeyini gücləndirəcək. Ona görə də “altılı masa” tələsir.

Bu gün Ərdoğanın hakimiyyətdə qalması və ölkəni toparlanmasını daha məqbul sayıram. Əsas məsələ məncə, bu da deyil. Əsas məsələ, fikrimcə, post-Ərdoğan dövrüdür getməlidir. Ərdoğanın davamçısı varmı? AKP onun kimi qətiyyətli bir siyasətçini yetişdiribmi? Çünki 5-7 il sonra bu məsələ ortaya çıxacaq. Və belə bir namizəd olmasa, ABŞ Türkiyənin regionda, dünyada mövqeyini zəiflətmək üçün daha aktiv fəaliyyətə keçəcək. Amma indiki gözlənilən seçkilərə gəlincə Ərdoğanın qalib olacağına şübhə etmirəm”.

Əhəd Məmmədli: “Yeganə qorxduqları, özlərinə təhlükə hesab etdikləri Tural  Abbaslıdır” Pravda.az

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bir gedişlə Türkiyə Cümhurbaşqanının rəqiblərini üstələdiyini düşünür: “Müxalifət elə zənn edir ki, seçkilər nə qədər tez olsa, o qədər onların udmaq şansı çoxdur. Zəlzələnin yaralıları, insanların acıları soyumamış müxalifət vəziyyətdən istifadə edib seçkilərin tez-tələsik keçirilməsini istəyir. Onlar hesab edirlər ki, belə olan halda qalib gələ biləcəklər. Xalqın, ölkənin təbii fəlakət yükü tam qalxmamış sorosçu, sionist-imperialist qüvvələrin hər tapşırığını yerinə yetirməyə hazır olan, anqlo-saksların ayaqlarının altında uzanan müxalifət seçkilərin təyin olunduğu vaxtda keçirilməsini tələb edir. Kılıçdaroğlu həmişə olduğu kimi başından böyük çıxışlar edir, vədlər verir. Məsələn, seçkilər 6 ay və ya 1 il ertələnsə, ”bay-bay Kamal” bunun qarşısını təbii ki, ala bilməyəcək. Düzdür, hələ tam seçkilərin ertələnməsi məlum deyil. Bəlkə Ərdoğan heç seçkiləri ertələməyə ehtiyac duymadı.

Fikrimcə, rəis hələ nəbz ölçməkdədir. Nəbzin ölçülməsi kimi də zəlzələdən zərərçəkənlərə dəstək marafonunu saymaq olar. Hesab edirəm ki, Ərdoğan bu siyasi gedişi ilə rəqiblərinə master-klass keçdi. Rəcəp Ərdoğanın bu gedişini ən gözəl Kılıçdaroğlu anladı. Təsadüfi deyildi ki, təkcə CHP-nin televiziya kanalları zəlzələdən zərərçəkən bölgələrə dəstək marafonunu canlı yayında vermədilər. İndi gördünüzmü o “şestyorka masa” deyilənlər, rəisin qarşısında necə kiçik və cılızdır? Məncə, rizəli qrossmeyster böyük ölçüdə prezident seçkilərinin taleyini həll edən gediş etdi. Düşünürəm ki, bundan sonra Tayyib Ərdoğan əks-hücuma keçəcək və rəqiblərini yıpradıb, xalqın gözündən salacaq. Seçkinin nə vaxt keçiriləcəyindən asılı olmayaraq qısa müddətdən sonra Ərdoğan üstünlüyü yenə əlinə alıb işi bitirəcək”.

Şuşanın hüzurunda... - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə Türkiyədə hər iki düşərgənin vəziyyətinin ağır olduğunu söylədi: “Türkiyədəki fiziki zəlzələ həm də siyasi silkələnmə oldu. Həm iqtidarın, həm də müxalifətin seçkilərə hazırlaşdığı bir vaxtda baş vermiş təbii fəlakət hər iki tərəf üçün gözlənilməz oldu. Şübhəsiz ki, müxalifət baş vermiş hadisədən iqtidar əleyhinə istifadə etməyə çalışır. Və əslində etiraf etmək lazımdır ki, Türkiyənin 1/8 hissəsini əhatə edən, təxminən 40 min nəfərin ölümü ilə nəticələnən hadisə hakimiyyətin şanslarını azaldır. İndiki halda seçkilərin təxirə salınması təkcə siyasi yox, həm də hüquqi məsələdir. Əsas məsələ konstitusiyanın buna imkan verib- verməməsidir.

Əlbəttə, müxalifət seçkilərin mümkün qədər tez keçirilməsini istəyir. Onların fikrincə, “xalqın yarası təzədir”. Bu isə ictimaiyyətin mövcud AK parti iqtidarından üz çevirməsinə səbəb ola bilər. Amma “altılı masa” həqiqətən iddialıdırsa, onda düzgün strategiya seçməlidir. Kılıçdaroğlu kimi siyasətçilərin səsləndirdiyi bir çox bəyanat xalqda ikrah yaradır. Sadə vətəndaşlar müxalifəti yaxşı tanıyır. Ona görə da Kılıçdaroğlu və digər müxalifət nümayəndələrinin işi heç də asan deyil. Hazırkı mənzərə göstərir ki, narazı kəsim olsa da belə, xalqın xeyli hissəsi hələ də Prezident Rəcəb Tayyib Ərdoğana inanır, onu dəstəkləyir. Seçkilərin dəqiq hansı tarixdə keçiriləcəyini indidən demək çətindir. Amma uzun müddətə təxirə salınacağına inanmıram. Hakimiyyət başa düşür ki, bu, müxalifətin əlini daha da gücləndirəcək”.

Cavanşir ABBASLI