20 İyul 2024

Ukraynada matəm ELAN OLUNDU

Rusiyanın Kiyevdə mülki obyektlərə hücumu ilə əlaqədar şəhər hakimiyyəti iyulun 9-nu paytaxtda matəm günü elan edib.

Musavat.com xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko telegram səhifəsində məlumat paylaşıb. 

“Bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar yarıya qədər endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur. İyulun 9-da şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır.

Telekanallara, radiolara müraciət edirik ki, yayım şəbəkəsində müvafiq dəyişikliklər etsinlər.

Paytaxtda dağıntıların təmizlənməsi davam edir. Bundan əvvəl Kiyevdə 20 nəfər ölüb. 100-ə yaxın yaralı var”, – Vitali Kliçko yazıb.