09 Dekabr 2024

Avropanın nüfuzlu QHT-ləri COP29-a dəstək çağrışları ediblər

 “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) təşəbbüsü və çağrışı ilə Avropanın, xüsusilə də Avropa İttifaqına üzv ölkələrin nüfuzlu QHT-ləri Bakıda keçiriləcək COP29-a dəstəklə baglı açıqlamalar ediblər”. Bu fikirləri saytımıza Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, Bolqarıstan, Latviya, Polşa, Slovakiya və Rumıniya nüfuzlu QHT-ləri özlərinin rəsmi səhifə, eləcə də sosial media və şəbəkələrində COP29 və ADTGT ilə həmrəylik açıqlaması paylaşıblar: “Gündən-günə bu çağrışlara qoşulan və paylışım edən QHT-lərin sayı artır. Bu QHT-lər uzun illər fəaliyyətləri ilə  beynəlxaq aləmdə özlərini təsdiq ediblər və ətraflarında çox böyük kütlə var.

Paylaşımlarda COP29-la bağlı ətraflı məlumatlar verilir və Azərbaycanın bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malik olduğu vurğulanır”.

Politoloq, həmçinin paylaşımlarda QHT-lərin COP29-da iştirakının əsas əhəmiyyətinə qəti inamım ifadə olunduğunu bildirib: “COP29 zamanı müzakirə və qərar qəbuletmə proseslərini zənginləşdirən unikal fikirlər və perspektivlər üçün təkliflərlə çıxış edəcəklərini vurğulayırlar. Paylaşımlarda qeyd olunur ki, bu tədbirdə QHT-lərin iştirakı empatiya, məsuliyyət və həmrəylik hissini artır, iqlim böhranına qarşı kollektiv öhdəliyi gücləndirir.

“Azərbaycan Demokratik Tələbə və Gənclər Təşkilatı (ADTGT) və Azərbaycanın COP29-a sədrliyi ilə həmrəy olaraq planetimiz üçün perspektivli gələcək yolunda səylərdə birləşirik” kimi fikirlər yer alır. Fikimizcə, xarici ölklərin QHT-lərinin COP29-la bağlı belə çağrışlar etməsi bu mötəbər tədbirdə iştirak edənlərin sayına öz təsirini göstərəcək”.