20 İyul 2024

Ağdaşda Ekoloji İnformasiya İB fermerlər üçün ekoseminar təşkil edib

İyulun 9-da Ekoloji İnformasiya İB növbəti ekoseminarı ağdaşlı fermerlər üçün təşkil edib.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ekoloji İnformasiya” İctimai Birliyi tərəfindən həyata keçirilən “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq “ layihəsinin icra planına uyğun olaraq  keçirilən ekoseminarda 40 nəfər ağdaşlı fermerə mövzu ilə bağlı geniş və ətraflı məlumat verilib.

Tədbiri giriş nitqi ilə açan Ağdaş rayon İH Sosial –iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xanmusa Əhmədov “Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına təşviq “ layihəsinin icrasını aktual hesab edib. Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı haqqında mükəmməl qanunvericilik bazasının yaradıldığını vurğulayıb.Bildirib ki, qanunvericiliyin tələblərindən irəli gələn müddəaların təşviqi və fermerlərin maarifləndirilməsi müsbət haldır.  Ekoloji İnformasiya İB-nə həyata keçirilən layihə tədbirlərində uğurlar arzulayıb.

Ekoloji İnformasiya İctimai Birliyinin sədri, layihə rəhbəri  Musa Muradlı əvvəlcə Ağdaş rayon İH-nin rəhbərliyinə , aparatın əməkdaşlarına səmimi qarşılanma və layihə tədbirinin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. Ağdaşlı fermerlərin ekoseminarda fəal iştirakını yüksək qiymətləndirib.Layihə rəhbəri Musa Muradlı bildirib ki, “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq “ layihəsinin  məqsədi fermerləri mövzuya uyğun olaraq maarifləndirməkdən  ibarətdir. Habelə vurğulayıb ki, həyata keçirilən layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü ilin  qrant müsabiqəsində qalib elan olunub. Təşkilat sədri Agentiyin etimadını yüksək dəyərləndirib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Layihə eksperti , aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev geniş və əhatəli çıxış edərək ekoloji təmiz məhsul istehsalının mahiyyətinə aydınlıq gətirib. Ekspert fermerlərlə görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsində aqrotexniki qaydalardan, bitkilərin yetişdirilməsində humus və soxulcan gübrəsinin istifadəsindən danışıb. Aqrar elmlər üzrə fəlsəfə doktoru qabaqcıl texnologiyaya malik Almaniyadan nümunələr gətirməklə bazara çıxarılan məhsullara keyfiyyətə nəzarətin artırılmasının vacib hesab edib. Natiq  eyni zamanda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradıldığını vurğulayıb. Qeyd edib ki, bu sahədə fermerlərə lazım olan şəraitin yaradılıb. Fermerlər yardılan şəraitdən yararlanmaqla uğurlar əldə edə bilərlər.

Tədbirdə iştirakçı fermerlərə dəftərxana ləvazimatları paylanıb. Maraqlı keçən ekoseminarda çay süfrəsi təşkil edilib.

Ekoloji İnformasiya İB