20 İyul 2024

Mirzoyan sülh sazişi və Türkiyə ilə sərhədlərin açılmasından danışdı: “İrəvan bir ay ərzində…”

Ermənistan bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onu da bildirək ki, Mirzoyan həmçinin Türkiyə ilə sərhədlərin açılmasına da hazır olduqlarını vurğulayıb. 

Məlumatı TASS agentliyi yayıb.