20 İyul 2024

Prezidentin Milli Qəhrəman adı verdiyi Natiq Qasımov haqda bilinməyən faktlarVİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verib.

Musavat.com xəbər verir ki, şəhid döyüşçünün əmisi oğlu, Çexiyadakı Azərbaycan icmasının fəal üzvü Çingiz Qasımov Prezident İlham Əliyevə təşəkkür edib.

O, verdiyi müsahibədə Natiq Qasımovla bağlı bir çox bilinməyən faktları açıb, onun həyat yolundan danışıb. 

Mövzunun aktuallığını nəzərə alaraq həmin videomüsahibəni təqdim edirik.