20 İyul 2024

“Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsinin dördüncü verilişi yayımlandı – FOTOLAR VİDEO

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir.

QHT.az xəbər verir ki, Səs TV-də Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin rəhbəri, tanınmış araşdırmaçı-hüquqşünas Səməd Vəkilovun təqdimatında layihə çərçivəsində “Qərbi Azərbaycan – qədim yurd yerimiz” adlı dördüncü veriliş yayımlanıb. Verilişdə əks olunan fikir və mülahizələr müəllifə aiddir.

Verilişin qonağı, ADPU-nin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Leyla Cəlalova olub. Veriliş çərçivəsində tarixçi alim ermənilərin Azərbaycan ərazisinə kütləvi şəkildə köçürülməsi prosesi haqqında çıxış edib: “Bugünkü Ermənistan 200 illik siyasətin nəticəsidir. Nadir şah Əfşarın öz çadırında sui qəsd nəticəsində 1747 -ci ildə öldürülməsindən sonra Azərbaycanda müstəqil xanlıqlar meydana gəldi. Çar Rusiyasının onsuzda işğalmılıq planlarını Nadir şahın öldürülməsi reallaşdırıldı”.

Layihə çərçivəsində yayımlanan verilişlər, tamaşaçılara dərin düşüncələr və məlumatlar təqdim edir. Layihənin davamında daha çox maraqlı və əhəmiyyətli mövzuların işıqlandırılması gözlənilir.

Daha ətraflı videoda: