20 İyul 2024

Müsavat Partiyası namizədlər siyahısını açıqladı: İsa Qəmbər və Arif Hacılı…

İyulun 8-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkiləri ilə bağlı məsələ müzakirə olunub.

Divan 27 dairə üzrə partiyanın namizədlərini irəli sürüb.

Qeyd edək ki, siyahıda İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəylinin, o cümlədən Müsavat Partiyasının digər məşhur simalarının adları yoxdur.