20 İyul 2024

Bayden və Tramp arasında teledebat keçiriləcək

Bu gün ABŞ-da respublikaçı Donald Tramp və indiki prezident demokrat Co Bayden Atlantada keçiriləcək seçkiqabağı televiziya debatlarında iştirak edəcəklər.

Media1.az xəbər verir ki, yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə cümə günü saat 05:00) canlı auditoriya olmadan başlayacaq və 90 dəqiqə davam edəcək debat CNN tərəfindən yayımlanacaq.

Debatda vvəlcədən hazırlanmış qeydlərin olmayacağı, opponentlərdən birinin çıxış növbəsi çatanda mikrofonun işə düşəcəyi də bildirilir. Namizədlər qələm, bloknot və su ilə təmin olunacaqlar.