01 Mart 2024

Tərtərdə minaya düşən şəxsin bir qolu amputasiya edildi – YENİLƏNİB

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Elçin Xanbaba oğlu Nurəliyevin minaya düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Oktyabrın 26-sı saat yeddi radələrində Tərtər rayonunun Talış kəndi ərazisində 1970-ci il təvəllüdlü Elçin Vəliyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.