27 İyul 2024

Qəbələdə ağır qəza- Ölən var

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Aydınqışlaq kəndi ərazisində qeydə alınıb.

Seymur Zamanovun idarə etdiyi VAZ-2107 və Əmrah Qasımovun idarə etdiyi QAZ-53 markall avtomobillər toqquşub. Qəza nəticədə VAZ-ın sürücüsü xəsarət alıb, sərnişini Yevlax rayon sakini Fərman Səfərov isə aldığı xəsarətlərdən ölüb.

Məlumatı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan təsdiq ediblər. Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.