Şarl Lekler Bakıdakı yarışın tarixinə düşüb
“Ferrari”nin pilotu Şarl Lekler “Formula 1” üzrə Azərbaycan Qran-prisinin tarixinə düşüb.
“Report”un məlumatına görə, 25 yaşlı sürücü Bakıdakı yarışda iki dəfə sıralama turunda qalib olan yeganə idmançıdır.
Lekler 2021-ci ildəki Qran-pridə də sıralama yürüşündə birinci yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.