“Rus NATO”-su fövqəladə iclas çağırdı-Ermənistana görə
Oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım tədbirlərinin müzakirə olunacağı növbədənkənar sessiyası keçiriləcək.
Media1.az bu barədə erməni mediasına istinadən xəbər verir. “Sessiya zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar KTMT-nin 2022-ci il sentyabrın 15-də KTMT-nin qərarı ilə Ermənistana göndərilmiş missiyasının işinin nəticələrinin müzakirəsi planlaşdırılır. Həmçinin Ermənistan Respublikasına yardım göstərmək üçün birgə tədbirlərə baxılacağı gözlənilir” – təşkilatın Teleqram kanalında bildirilib.
Məlumata görə, fövqəladə toplantıda Rusiya prezidenti də iştirak edəcək.
Avropa Birliyi müşahidəçilərinin Zəngəzur-Göyçə istiqamətində monitorinqlərə başlamasından dərhal sonra “Rus NATO”-sunun hərəkətə keçməsi təsadüfi deyil.