21 Dekabr 2024

Qırğızıstanda prezident seçkilərində Sadır Japarov qalib gəlir

Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov seçki məntəqələrinin 82,13% nəticələrinin hesablamasından sonra 79,86% səslə növbədənkənar prezident seçkilərinin birinci turunda qalib gəlir.

“Report” xəbər verir ki, bu məlumatlar respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) portalında dərc edilib.

Məlumatlara görə, onun ən yaxın təqibçisi Adaxan Madumarovdur. Japarovun əsas rəqibi 6,5%-dən bir qədər çox səs toplayıb.

Qırğızıstanda referendumda prezident idarə üsuluna 74,75% seçici səs verib, parlament üçün bu rəqəm 10,14 % təşkil edib. İki variantın əleyhinə 4,01% seçici səs verib.

Daha sonra seçki məntəqələrinin 74,45%-nin bülletenlərinin hesablanmasından sonra məlum olub ki, Qırğızıstanda prezident idarə üsulunu 81,1% seçici dəstəkləyib.