22 Dekabr 2024

Pentaqon: “Ordu hava məkanına nəzarəti gücləndirib”

ABŞ ordusu bir neçə gün öncə Çinə məxsux zondun vurulmasından sonra hava məkanına nəzarəti gücləndirib. AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Pentaqonun qərb cinahı üzrə rəhbərinin köməkçisi Melissa Dalton deyib.

Dalton qeyd edib ki, ABŞ ordusu müşahidələri artırdıqdan sonra öz hava məkanında daha çox naməlum obyektlər aşkarlaya bilib. Hələlik dörd obyektin, o cümlədən “Çin şarı”nın vurulması dəqiqləşdirilib.

Xatırladaq ki, bir müddət öncə ABŞ səmasında sferik formalı ağ uçan obyek peyda olmuşdu. Mətbuatda bunu əsasən “casus şarı” adlandırırdılar. Pentaqonun sözçüsü Patrik Rayder də bildirib ki, ölkəsi ABŞ-ın şimal hissələrində peyda olan kəşfiyyat balonunn nəzarətsiz buraxmayıb.

Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyi Vaşinqtonu “casus şar”ı ilə bağlı spekulyasiyalara son qoymağa çağırıb.