07 Fevral 2025

Novruz bayramı milli mənəvi dəyərlərimizdəndir

Novruz bayramında milli ruhumuzun,qədimliyimizin çalarları yaşayır.Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od,su,hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb,sistemli təsəvvürlər halına gəlib.Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə,dəyişmələrə məruz qalan Novruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb.Millət o zaman var olur ki,qədim ruhunun soraqlarını,adət-ənənəsini,bir sözlə,özünəməxsus nəyi varsa, həmısını qoruyub saxlayır.Novruzda qədimliyimizin bütün çalarları var.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərində xüsusi yeri ilə seçilən Novruz bayramı digər mənəvi sərvətlərimiz kimi zaman-zaman qadağalarla üzləşmiş, 70 illik sovet əsarəti dövründə imperiyanın repressiya dalğası başqa maddi-mənəvi sərvətlərimiz kimi Novruz bayramından da yan keçməmiş,onun qeyd olunması yasaqlanmışdır. Lakin öz keçmişinə sadiq olan xalqımız zəngin ənənə və dəyərlərimizdən olan Novruz mərasimlərini yaşatmış, belə zəngin mənəvi irsimizi yad təsirlərdən qorumaqla milli kimlik və xalq kimi mövcudluğumuzun davamlılığını təmin edə bilmişdir.Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.Milli dəyərlərimizə,soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan,hər zaman bu sahəni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur.

Ümummilli liderin adət-ənənələrimizə,milli-mənəvi dəyərlərimizə olan həssas qayğıkeşliyi Novruz bayramının da xalqın ruhuna uyğun geniş təmtəraqla keçirilməsinə səbəb oldu.Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.Ulu Öndərin siyasətini layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə milli birlik və həmrəyliyimizi əks etdirən, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan Novruz bayramının yüksək səviyyədə qeyd olunması xalqın mədəni keçmişinə ehtiramın göstəricisidir.Ölkədə yürüdülən məqsədyönlü və ardıcıl siyasət mənəvi sərvətlərimizin təbliğində də bariz şəkildə hiss olunur. Ölkəmizin birinci xanımı,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş,BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuş,beləliklə,bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir.Bütün bunlar Azərbaycan xalqının həmrəyliyi və milli birliyinin güclənməsinə dövlət səviyyəsində verilən dəstəyin əyani sübutudur.

Cavid Mustafayev YAP Goranboy Rayon təşkilatının əməkdaşı