Laçında işləyən fəhlə minaya düşdü
Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Laçın Rayon Prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.