22 Dekabr 2024

İsrailin müdafiə naziri son 10 ildə ilk dəfə Türkiyəyə səfər edəcək – FOTO

İsrailin müdafiə naziri Benni Qantz Ankaraya rəsmi səfərə getməsi ilə bağlı məlumatı təsdiqləyib.

O, bu barədə çərşənbə günü özünün “Twitter” səhifəsində yazıb və qeyd edib ki, bu, yəhudi dövlətinin müdafiə idarəsi rəhbərinin son 10 ildə Türkiyəyə ilk səfəridir.

“Hazırda Türkiyəyə rəsmi səfərlə yola düşürəm və bu səfər zamanı həmkarım Hulusi Akarla görüşüm var. İsrail və Türkiyə müdafiə nazirləri 10 ildən sonra ilk dəfə görüşəcəklər. Yaxın Şərqdə təhlükəsizliyi, sabitliyi və sülhü təmin etmək üçün məhsuldar müzakirələr gözləyirəm”, – nazir qeyd edib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Qantzın bu gün Akarla görüşəcəyini və ertəsi gün ölkəsinə qayıdacağını bildirib. (oxu.az)